Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO

Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər. T.Kərimovun sözlərinə görə, avtomobilin hazırlanmasında VAZ-ın ehtiyat hissələrindən istifadə olunub. Oturacaqlar isə BMW markalı avtomobilindir: "Bu, mənim ilk işimdir. Maşını əkin sahələrində istifadə etmək üçün hazırlamışam və olduqca çox rahat çalışır. Artıq bu avtomobildən kənd təsərrüfatı sahəsində istifadə edirəm. Bu avtomobillə tarladan 2 tona yaxın pambıq daşımaq mümkündür. Bundan başqa, avtomobilin üzərində müəyyən dəyişiklik etməyi planlaşdırmışam. Əlavə olaraq isə avtomobilin önünə otbiçən quraşdırmağı düşünürəm". O, əlavə edib ki, istənilən şəxs üçün 2000 manata bu avtomobildən hazırlaya bilər. Qeyd edək ki, avtomobil beş dəmir çəlləkdən istifadə olunmaqla beş ay müddətinə hazırlanıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












