Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq

Avropa Komissiyası bütün İttifaq ərazisində yüksək sürətli dəmir yollarının inkişafını sürətləndirməyi hədəfləyən planı təqdim edib. Bu təşəbbüs sərnişinlər üçün səyahət vaxtının əhəmiyyətli dərəcədə qısaldılmasını nəzərdə tutur.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, layihənin modernləşdirmə investisiyalarının həcmi 500 milyard avrodan çox qiymətləndirilir.
Plan Avropa İttifaqının iki əsas məqsədini dəstəkləyir: qlobal rəqabət qabiliyyətini artırmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq (yəni atmosferə atılan karbon qazının çıxarılan miqdarı ilə balanslaşdırılması).
Bir çox məşhur marşrutlarda səyahət müddəti indiki göstəricilərlə müqayisədə yarıbayarı azalacaq. Məsələn, 2030-cu ilə qədər sərnişinlər Berlin–Kopenhagen marşrutu üzrə 7 saat əvəzinə cəmi 4 saata gedə biləcəklər.
2035-ci ilə qədər Sofiyadan Afinaya səyahət 13 saatdan 6 saata qədər azalacaq. Yeni transsərhəd əlaqələr Baltikyanı ölkələri birləşdirəcək və sərnişinlər Parisdən Madrid üzərindən Lissabona birbaşa səyahət edə biləcəklər.
2040-cı ilə qədər Aİ-nin bütün əsas nəqliyyat mərkəzləri ən azı saatda 200 km sürətlə hərəkət edən dəmir yolu magistralları ilə birləşdiriləcək. Əksər marşrutlarda isə sürət 250 km/saatdan yuxarı olacaq.
540 milyard avroluq investisiya çərçivəsində Avropa Komissiyası iqtisadi effektin 750 milyard avronu keçəcəyini gözləyir. Bu artım hərəkətliliyin yaxşılaşması, turizmin canlanması, logistikanın inkişafı və zərərli tullantıların azalması hesabına təmin ediləcək.
Xərclərin əsas hissəsini milli hökumətlər və dəmir yolu şirkətləri öz üzərlərinə götürəcəklər. Avropa İttifaqının birbaşa büdcə dəstəyi isə ümumi məbləğin təxminən 10%-ni təşkil edəcək.
Hazırda Aİ-də dəmir yolu əlaqələrinin keyfiyyəti bəzi ölkələrdə qənaətbəxş səviyyədə deyil. Məsələn, Almaniyada 2025-ci ilin ilk yarısında uzaq məsafəli qatarların üçdə biri təyinat nöqtəsinə gecikmə ilə çatıb. Mütəxəssislər bu "almanlara yaraşmayan” gecikmələrin əsas səbəbi kimi yerli dəmir yolu şəbəkəsinin köhnəlməsini göstərirlər.
Nəticədə, "Deutsche Bahn” şirkəti statistik göstəriciləri yaxşılaşdırmaq məqsədilə yeni praktika tətbiq edib: əgər qatar gecikir, onun reysi əvvəlcədən ləğv olunur və beləliklə, həmin səfər artıq rəsmi statistikalarda gecikmiş kimi hesab edilmir.
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək
Bəzi avtomobillər niyə gec işə düşür? – Sahil usta səbəbləri AÇIQLADI - VİDEO
İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək
Yeni nəsil avtomobillərdə qəza riskini azaldan texnologiya sistemi necə işləyir? – Mütəxəssis AÇIQLADI - FOTO











