Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin, dayanıqlığının və əhatə dairəsinin artırılması üzrə layihələrin icrasını davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşması, internet xidmətlərindən daha çox vətəndaşın istifadə etmək imkanının yaradılması üçün Biləsuvar rayonu ərazisində əhəmiyyətli işlər görülür.
Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində Zəhmətabad kəndində yeni Elektron ATS quraşdırılaraq istifadəyə verilib.
Rayon mərkəzində Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün tikilmiş bir neçə yaşayış binasında yaşayan ailələrin sürətli internet xidməti ilə təmin edilməsi üçün fiber-optik kabel çəkilib.
Son dövrdə Mərkəzi Elektron ATS-də, İsmətli, Günəşli, Nəsimi, Əliabad, Xırmandalı, Bağbanlar kənd Elektron ATS-də internet istifadəçilərinin sayının artırılması və internetə qoşulmaq üçün müraciət edən vətəndaşların internetlə təmin olunması üçün yeni avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, rabitə xətlərinin texniki normaya salınması və digər profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Rayon mərkəzinin bir çox yerlərində – Puşkin, Heydər Əliyev, Mübariz İbrahimov küçələrində müxtəlif tutumlu zədəli kabellər yenisi ilə əvəz edilərək istifadəyə verilib. Bu da göstərilən xidmətlərin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Bununla yanaşı, xidməti ərazidə bir sıra yararsız dirəklər yeniləri ilə dəyişdirilib, 7 km-dən çox abunəçi xətti texniki normaya salınıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











