Bir neçə ay uçan “Boeing” pilotsuz uçuş aparatı təqdim edilib

“Boeing” korporasiyasının “Aurora Flight Sciences” törəmə şirkəti günəş batareyaları ilə işləyən pilotsuz uçan aparat təqdim edib. “Odysseus” adlanan qurğu bir neçə ay ərzində uça bilir. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, aparat yaradıcılarının sözlərinə görə, “Odysseus” pilotsuz uçan aparat və peyk arasında hibriddir. Aparatın qanadlarında Günəş işığının akkumulyasiyası üçün panellər quraşdırılıb. Yüksək hündürlükdə uçaraq mülki hava gəmilərinə mane olmayan “Odysseus” ilk növbədə meteoroloji tədqiqatlar üçün nəzərdə tutulub. Məlumata görə, havada bir neçə ay qalması ilə seçilən pilotsuz uçan aparat yerüstü mərkəzlə daim əlaqə saxlaya bilir. O, həmçinin, məsələn, yanacaqla işləyən hərbi pilotsuz uçan aparatlar kimi atmosferi çirkləndirmir. “Odysseus” pilotsuz uçan aparatının ilk uçuşu 2019-cu ilin yazına planlaşdırılır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











