Bir smartfon cəmi 27 saniyə ərzində istehsal ediləcək
Hələ 2015-ci ildə bir Huawei smartfonunun istehsalı təxminən 10 dəqiqə çəkirdi.
Çində keçirilən "Changsha Cyber Security & Intelligent Manufacturing" konfransında Huawei-in vitse-prezidenti və "Huawei China Cloud və Computing" şirkətinin prezidenti Shi Yaohong şirkətin smartfon istehsal sürəti barədə məlumat verib. Onun sözlərinə görə, son illər ərzində Huawei smartfonlar üçün istehsal müddətini əhəmiyyətli dərəcədə azaldıb. Hələ 2015-ci ildə bir Huawei smartfonunun istehsalı təxminən 10 dəqiqə çəkirdi. 2020-ci ildə Huawei istehsal xətlərində yeni bir smartfonun istehsalı orta hesabla cəmi 27 saniyə çəkəcək.
TED.az xəbər verir ki, "Huawei Cloud Business" prezidenti Zheng Yelai isə bildirib ki, Huawei Mate smartfonlar seriyası inkişaf etmiş xərc idarəetmə sisteminə uyğun olaraq istehsal edilir.
"Əgər 2015-ci ildə hər istehsal xətti üçün 97 nəfər tələb olunurdusa, "Huawei Mate 40" modelini istehsal etmək üçün yalnız 14 nəfər lazımdır", - deyə o qeyd edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











