"Boeing 737 MAX"ın istehsalı sual altında

"Boeing" şirkəti "737 MAX" təyyarələrinin istehsalını müvəqqəti dayandıra bilər. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Denis Müllenberq ikinci kvartal üçün maliyyə nəticələrinin təqdimatında bəyan edib. "Biz, ola bilsin ki, istehsalın azaldılmasını və ya başqa variantları, o cümlədən istehsalın müvəqqəti olaraq dayandırılmasını nəzərdən keçirməli olacağıq", - Müllenberq deyib.
ABŞ və bir sıra digər ölkələr "737 MAX" təyyarələrindən istifadəni dayandırıblar. Buna səbəb kimi bu modeldən olan iki təyyarənin qəzaya uğraması göstərilir.
Martda "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsi Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Faciə nəticəsində təyyarədə olan 157 nəfərin hamısı həlak olub. 2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinin "737 MAX" sərnişin təyyarəsinin Yava dənizinə düşməsi nəticəsində 189 nəfər ölüb.
Bu faciələrdən sonra aparılmış təhqiqat zamanı təyyarənin manevrləri tənzimləmə sistemində problemlərin olduğu aşkar edilib. "Boeing" hazırda bu səhvlərin aradan qaldırılması ilə məşğuldur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











