Böyük Britaniya lazer və radiotezlikli silahlar hazırlayır

Böyük Britaniyanın Müdafiə Nazirliyi döyüş meydanında inqilab edə biləcək lazer və radiotezlikli silahların hazırlanması üzərində işlərin getdiyini bildirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, texnologiyanın potensialının öyrənilməsinə və döyüşlərdə istifadə olunması məqsədilə tətbiqinin sürətləndirilməsinə istiqamətlənmiş enerji silahının üç nümunəsinin hazırlaması planlaşdırılır. Həmin komplekslər avtomobil mühərriki və ya generatordan qidalana biləcək ki, bu da onların istifadə xərclərini azaldacaq və cəbhə xəttində misilsiz universallığı təmin edəcək. Yeni komplekslərin 2023-cü ildə Hərbi Dəniz Qüvvələrinin gəmilərində və quru qoşunlarının nəqliyyat vasitələrində sınaqdan keçiriləcəyi gözlənilir. Bundan sonra onlar Birləşmiş Krallığın Silahlı Qüvvələrinin hər üç növündə istifadə olunacaq. Müdafiə Nazirliyi layihəyə 130 milyon funt-sterlinq (162 milyon dollar) investisiya yatırmaq niyyətindədir. Lazer silahı düşmənin pilotsuz uçan aparatlarının və raketlərinin məhv edilməsi, radiotezlikli silah isə elektron avadanlığının sıradan çıxarılması üçün nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











