Bu avtomobillər problemə çevrilə bilər

Avtomobil sənayesinin yeni trendləri sırasında olan sürücüsüz avtomobillər gələcəkdə nəqliyyatın müntəzəm hərəkətini təmin etməli və daha az tıxacların yaranmasına gətirib çıxarmalıdırlar. Lakin avstriyalı tədqiqatçıların apardığı simulyasiyalar bu məqsədin tam əks nəticə vermə ehtimalını ortaya çıxarıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vyana Texniki Universitetinin Nəqliyyat elmləri institutunun bir qrup tədqiqatçısı 15 ildən artıqdır ki, nəqliyyat simulyasiyaları modelləri üzərində çalışırlar. Müasir tendensiyalar əsasında hazırlanmış modeldə 2030-cu ilədək nəqliyyat sistemində sürücüsüz avtomobillərin sürücülər tərəfindən idarə edilən avtomobillərdən sayca çox olacağı proqnozlaşdırılıb. Çünki sürücülük vəsiqəsi olmayan və ya bundan məhrum olan, avtomobil sürmək istəməyən və ya yetkinlik yaşına çatmayan şəxslər sürücüsüz avtomobildən istifadə etmək imkanı əldə edə biləcəklər. Belə olduğu təqdirdə alimlər müəyyən ediblər ki, nizamlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, ictimai nəqliyyatdan daha az istifadə edilməsi və nəqliyyat sistemindəki avtomobillərin sayının artması baş verə bilər. Bu isə öz növbəsində ictimai nəqliyyatın cəlbediciliyini aşağı sala, nəqliyyatda tıxacları çoxalda bilər. Alimlər bu ilin sonunadək Vyana nümunəsi əsasında öz konkret təkliflərini hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər. Layihənin məqsədi avtomobil dünyasının diqqətini ictimai nəqliyyat, müasir texnoloji imkanlar, nəqliyyat tıxacları və təhlükəsizlik məsələlərinə yönəltməkdir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












