Bu gün beynəlxalq svetafor günüdür

5 avqust beynəlxalq işıqfor günüdür. Lent.az-ın məlumatına görə, ilk işıqfor 1868-ci il, dekabrın 10-da Britaniya parlament binasının önündə quraşdırılıb. Onun təsisçisi Con Pik Nayt dəmiryolunda semafor üzrə mütəxəssisdir. Qazlı fənərli semafor əllə idarə olunub və sadəcə iki rəngdən ibarət olub. 1869-cu il, yanvarında qazlı fənərli semafon partladıqdan sonra, 1910-cu ildə Ernstom Sirrin tərəfindən yeni avtomat işıqfor icad edilir. Onun işıqforunda “Dayan” və “Keçin” sözləri yazılır. İlk elektrik işıqforu amerikalı Lester Vayrın adı ilə bağlıdır. L. Vayr 1912-ci ildə qırmızı və yaşıl rəngli iki yumru elektrik siqnalları ilə işləyən işıqfor yaradır. 1914-cü ilin avqustun 5-də Klivlenddə (ABŞ) 105-ci küçə ilə Evklid prospektinin kəsişməsində Ceyms Hoq 4 elektrik işıqforu quraşdırır. BU işıqforlar da iki rəngdən ibarət olub və piyadaları xəbərdarlıq etmək üçün özündə əlavə səslər çıxarıb. Sistem şüşə polis postlarından idarə olunub. İlk üç rəngli işıqfor 1920-ci ildə Uilyam Potts tərəfindən hazırlanıb və ilk dəfə Detroyt və Nyu-York şəhərlərindən istifadə edilib. Avropaya işıqfor 1922-ci ildən gəlib. Keçmiş SSSR-i isə işıqforlardan 1930-cu ildən bəri istifadə etməyə başlayıb. Gözdən əlillər nəzərə alınaraq, Koreyada səsli işıqforlar ixtira olunub. Bu qurğu qısa vaxtda Avropada geniş yayılıb. Türkiyədə isə 1994 - 1995-ci illərdə uğurla tətbiq olunub. Sürücü və piyada arasında yol mədəniyyətini tənzimləyən işıqforlar, eyni zamanda ölkədə qəza sayının azalmasında da mühüm rol oynayır.
Yolunuz açıq olsun!
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












