Bu robot tikinti işlərində kömək edəcək - VİDEO

Yaponiya Milli Qabaqcıl Sənaye Elm və Texnologiyalar İnstitutunun (АIST) mühəndisləri tikinti ilə bağlı müxtəlif işləri yerinə yetirə bilən insanabənzər “HPR-5P” robotunu hazırlayıblar. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, “HPR-5P” robotu ev işlərində kömək edən robotların hazırlanması üçün istifadəyə verilən “Humanoid Robotics Project” layihəsi çərçivəsində yaradılan modelin yenilənmiş versiyasıdır. Bu seriyanın ilk robotu “Honda P3” robotunun tam oxşarı olub. Onun əsasında “Honda” şirkətinin mühəndisləri tərəfindən məşhur “ASIMO” robotu ərsəyə gətirilib. Məlumata görə, robotun boyu 182 santimetr, çəkisi isə 101 kiloqram təşkil edir. Yenilənmiş versiya robotun fiziki imkanlarını artırmağa imkan verən daha güclü elektromotorlarla təchiz edilib. Məsələn, “HPR-5P” əli tam açıq vəziyyətdə 2,9 kiloqramlıq yükü saxlaya bilir. Robotun başında kamera və digər ötürücülər quraşdırılıb. Onlar vasitəsilə robot əhatə edən məkanın daim yenilənən həcmli xəritəsini yaradır. Robotun bacarıqlarını nümayiş etdirmək üçün tədqiqatçılar tərəfindən taxta karkas yığılıb. Robot sonradan karkas üzərinə alçıpan təbəqələri vuraraq onları drel vasitəsilə bərkidib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











