Bu telefonları dinləmək olmur: А5/3 şifrləməsi
Texnologiya
17 Sentyabr 2020 15:37

Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq, А5/3 şifrləməsi ilə mühafizə olunan “VoLTE” mobil şəbəkələrində danışıqlar ələ keçirilməyə qarşı ən dözümlüsüdür. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin bildirib ki, həmçinin, dinləməni çətinləşdirən qurğular mövcuddur: "Telefonların əksər hissəsi ilk növbədə rabitə operatoru tərəfində texniki uyğunsuzluq səbəbindən dinləməyə məruz qalır. Xüsusi avadanlıq tətbiq edildiyi halda danışıqları real vaxt rejimində ələ keçirmək mümkündür. Mobil telefon danışıqlarını müxtəlif səviyyələrdə – məsələn, proqram təminatı səviyyəsində (söhbət troyan və təhlükəsizlik sisteminə gizli şəkildə yerləşdirilən digər proqramlardan gedir) dinləmək olar”.
Digər səviyyə cinayətkarlar tərəfindən sonradan dinlənilən abunəçi qurğularının qoşulduğu operator parametrlərinə uyğun baza stansiyasının yaradılmasıdır. Abunəçi tərəfində qorunması qeyri-mümkün olan dinləmə operatorun şəbəkə infrastrukturu səviyyəsində baş verir.
"İstehsalçılar tərəfindən dinləmədən qorunmasına zəmanət verilən smartfonlar mövcuddur. Belə qurğular adətən adi telefonlardan baha olur. “Məsələn, “BlackBerry” mobil telefonlarında dinləməni çətinləşdirən şifrləmə sistemi tətbiq olunub. Lakin bu sistemin işləməsi üçün həmsöhbətlərin eyni qurğudan istifadə etməsi tələb olunur”, – D.Kuramin vurğulayıb.
Oxunub : 1772
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ












