Bütün bədəni skaner edən ilk qurğu yaradıdıb - VİDEO

Kaliforniya Universitetinin alimləri və Çinin "United Imaging Healthcare" texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir. Avtosfer.az ictnews-a istinadən bildirir ki, "EXPLORER" adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, ancaq istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir. Məsələn, "3D" skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. "EXPLORER" qurğusunda şüalanmanın dozası 40 dəfə azdır. Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir. "EXPLORER" 24 noyabrda Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












