Buz bağlamayan material hazırlanıb

Massaçussets Texnologiya İnstitutunun alimləri günəş işığının enerjisindən istifadə edərək buzun yaranmasına imkan verməyən xüsusi örtük hazırlayıblar. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, onun əsasını günəş enerjisini toplamaq və onu istiliyə çevirmək qabiliyyətinə malik üçqatlı material təşkil edir. Bundan başqa, əldə olunmuş enerji yalnız günəş şüasının düşdüyü yeri qızdırmır, örtüyün bütün səthi üzrə bölünür. Həmçinin yeni material süni işıqlandırma mənbələrindən “qidalanaraq” gecələr də işləyir. Örtük üçün bütün materiallar “istilik reaksiyası”nın sürətli olması, qızmanın isə dondurulmadan daha sürətlə baş verməsinə uyğun seçilib. İstehsal xərclərinin azaldılması məqsədilə materialın bütün qatları maksimal əlçatan materiallardan istehsal edilib. Hazırda alimlər materialın laboratoriya xaricində sınaqlarını keçirmək üçün bir neçə binanın damına örtük hazırlamaq niyyətindədirlər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












