ChatGPT-yə bu sualı vermək olmaz

ChatGPT-yə müraciətlərin artdığı bir dövrdə daha bir mövzu yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər süni intellekt platforması olan ChatGPT-dən dini mövzularda suallar verməyin düzgün olmadığını qeyd edirlər. Onların fikrincə, bu, dini baxımdan düzgün sayılmaya və yanlış, çaşdırıcı məlumatların yayılmasına səbəb ola bilər.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, adətən istər dini, istərsə də dünyəvi suallarımızı özümüzdən daha bilgili insanlara vermək məcburiyyətindəyik:
“ChatGpt-dən öncə insanlar hər hansısa bilmədikləri sualları “Google” yazır və insanlar tərəfindən oraya yerləşdirilmiş bilgiləri əldə etmiş olurdular. Təbii ki, indi də bu üsuldan istifadə edən insanlar az deyil.
ChatGpt-yə gəldikdə, burada da verdiyimiz suallara doğru cavab almağımız mümkündür. Amma yaxşı olar ki, biz alimləri tərk edib ancaq sosial vasitələrdən istifadə etməyək. Çünki insanı əvəz edəcək bütün mükəmməl görünən bilgi mənbələrinin yenə də hər hasısa elmli bir insan tərəfindən izahına ehtiyac var”./global.info
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq








