Çin Ayda tədqiqat stansiyası tikəcək

Çin Ay proqramının icrasının dördüncü mərhələsi çərçivəsində Ayda elmi tədqiqat stansiyasının inşasını planlaşdırır. Bu barədə proqramın baş konstruktoru U Veyjen bildirib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, bir neçə zonddan (Ay orbitində və onun səthində) ibarət olacaq stansiya Yerin təbii peykində elmi texnoloji tədqiqatlar, eləcə də Ay resurslarının mənimsənilməsi və istifadəsi üçün texnologiyaların sınaqlarını aparacaq.
Konstruktor qeyd edib ki, Çin alimləri beynəlxalq Ay elmi tədqiqat stansiyasının yaradılması üzrə xarici həmkarlarla əməkdaşlığa hazırdırlar.
Çin noyabrın 24-də Ay səthindən Yer kürəsinə torpaq nümunələrinin çatdırılması üçün "Chang'e-5" Ay zondunu buraxıb. Bu hadisə Çində Ay proqramının üçüncü mərhələsinin başa çatması ilə əlamətdar olub.
Proqramın dördüncü mərhələsində materialların tərkibinin və Ayın kosmik mühitinin hərtərəfli tədqiqi, eləcə də elmi tədqiqat sınaqlarının və əsas texnologiyaların testi planlaşdırılır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










