Çin orbitə eyni raketlə 3 peyk çıxarıb

Çin iyunun 17-də Ciüçüən kosmodromundan “Long March-2D” raketdaşıyıcısı ilə orbitə 3 peyk çıxarıb. Yerin məsafədən yüksək görüntü ilə optik zondlanmasını həyata keçirəcək “Gaofen-9 03" peyki artıq orbitdə planlaşdırılan nöqtəyə çatıb. Peyk torpaq tədqiqatı, şəhər planlanlaşdırılması, yol şəbəkəsinin dizaynı, bitkilərin məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlər barədə erkən xəbərdarlıq, habelə “Bir kəmər, bir yol” təşəbbüsünün icrası üçün informasiya təminatı üçün istifadə olunacaq.
Cıcian Universitetinin hazırladığı digər peyk kiçik və nano peyk texnologiyalarının test edilməsi üçündür. "HEAD Aerospace Technology" şirkətinin ərsəyə gətirdiyi sonuncu peyk isə gəmi və təyyarələrin hərəkət statusu üçün məlumatların toplanması və “Əşyalar interneti” üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından olan raketlərin 335-ci buraxılışı olub. (Azərtac)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










