Çin TƏƏCCÜBLƏNDİRİR: "DNT-ləri redaktə edilmiş daha bir uşaq dünyaya gələcək"

Texnologiya 23 Yanvar 2019 22:35 Oxunub 1676
Çin TƏƏCCÜBLƏNDİRİR: "DNT-ləri redaktə edilmiş daha bir uşaq dünyaya gələcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimin çalışdığı Elmi-texnoloji Universitet isə onu işdən qovmaq qərarını verib

Çinli genetik He Jiankui-nin fəaliyyətini istintaq edən məmurlar onun təcrübəsində iştirak etmiş ikinci şəxsin olduğunu təsdiqləyiblər. Avtosfer.az Technote.az-a istinadən xəbər verir ki, təcrübədə iştirak etmiş ikinci qadın da hamilədir və onun övladının da DNT-ləri redaktə edilib. Bundan əlavə olaraq He Jiankui ilə bağlı qalmaqalın yeni təfərrüatları da məlum olub. Bu barədəHightech.plus saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, keçən ilin noyabr ayında çinli genetik He Jiankui dünyada illk dəfə DNT-ləri redaktə edilmiş uşaqların dünyaya gəlməsi xəbərini verərək elm dünyasını şoka salmışdı. Dünyaya gəlmiş əkiz qız uşaqlarının DNT-ləri elə şəkildə redaktə olunub ki, onlar QİŞS xəstəliyinə yoluxmasınlar. Bundan əlavə olaraq həmin vaxtda alim sözügedən təcrübədə iştirak etmiş ikinci şəxs barədə də məlumat vermişdi.

Bu xəbərdən sonra alimin əməkdaşları bu qeyri etik və riskli təcrübəyə görə alimi tənqid etmiş, Çin hökuməti isə bu mövzuda istintaqa start vermişdi. Beləliklə istintaqın ilk nəticələri təqdim edilib. İstintaqın nəticələrinə əsasən He Jiankui bilərəkdən yoxlamalardan boyun qaçırmış, sənədləri saxtalaşdırmış və təhlükəli texnologiyalardan istifadə edibmiş. Öz layihəsi üçün xarici mütəxəssisləri alim özəl şəkildə seçibmiş. 2016-cı ilin iyun ayında start götürmüş bu tədqiqatların xərclərini alim öz cibindən ödəyib. İstintaqı aparmış şəxslərin fikrincə alimin əsas məqsədi şöhrət qazanmaq olub.

Layihədə iştirak etməyə 8 könüllü cütlük razılıq verib. Onların arasında kişi cinsinə mənsub olan bütün şəxslər QİÇS xəstəliyinin daşıyıcıları olublar. He Jiankui həmin şəxslərə istifadə olunacaq texnologiyanın təhlükəsizliyi mövzusunda saxta sənədlər təqdim edib və QİÇS xəstəliyi daşıyıcılarının bu cür təcrübələrdə iştirak qadağasına fikir də verməyib. Bundan əlavə olaraq istintaq çərçivəsində məlum olub ki, bu təcrübə nəticəsində daha bir hamilə qadın mövcuddur və onun bətnində olan uşağın da DNT-ləri redaktə olunub.

Hal hazırda həmin uşaq dünyaya gəlməyib. Məlumata əsasən keçən il dünyaya gəlmiş həmin əkiz qız uşaqları və onların anaları ciddi tibbi müayinədən keçəcəklər. Təcrübədə iştirak etmiş daha 5 cütlük arasındakı qadınlar nəticədə hamilə qala bilməyiblər. Cütlüklərdən biri isə könüllü şəkildə təcrübədən imtina ediblər. İstintaqı aparmış şəxslərin sözlərinə əsasən He Jiankui-ni ciddi cəza gözləyir. Alimin çalışdığı Elmi-texnoloji Universitet isə onu işdən qovmaq qərarını verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh