Reklam

Cinayətkarların günü "qara gələcək" - Yeni sistem insanları yerişlərinə görə tanıyır

Texnologiya 9 Noyabr 2018 23:01 Oxunub 1342
Cinayətkarların günü "qara gələcək" - Yeni sistem insanları yerişlərinə görə tanıyır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət artıq tədqiqatlar üçün 14.5 milyon dollar investisiya əldə edib

Bu alqoritm hər hansısa bir şəxsin hətta yeriş tərzini dəyişdikdə belə onu tanıya bilir. Bu cür sistemlər bir çox ölkələrdə hazırlanır. Lakin məhz Çində bu sistem ilə artıq polislər maraqlanırlar. İstənilən insanın tanınması üzrə hazırlanan yeni sistem Çinin Watrix şirkəti tərəfindən təqdim edilib. Şirkətin verdiyi məlumata əsasən onun hazırladığı bu sistem insanı 50 metr məsafədən onun görünüşü və yeriş tərzinə görə tanıya bilir. Avtosfer.az Technote-ə istinadən bildirir ki, bu yeni sistemin dəqiqliyi yalnız insan üzünün skan texnologiyasının dəqiqliyindən geri qalır. Lakin buna baxmayaraq yeni sistem 94% ehtimalda insanı düzgün şəkildə tanıya bilir. Şirkətin verdiyi məlumata əsasən iki identifikasiya texnologiyasının birləşməsi istənilən insanın şəxsiyyətinin maksimal dəqiqliklə təyin olunmasına yardımçı olur. Məlumata əsasən bu sistemin süni zəkasını aldatmaq qeyri-mümkündür. Əgər hansısa şəxs əyilsə, üzünü çevirsə, üzünü hansısa digər üsulla gizlətsə və hətta yeriş tərzini də dəyişsə, o, alqoritmi aldada bilməyəcək. Çünki alqoritm həmin şəxsin tam siluetini və yeriş tərzini analiz edir. Lakin buna baxmayaraq sözügedən yeni sistemin mənfi cəhətləri də var. Məsələn bir insanın şəxsiyyətinin tam dəqiq təyin olunmasına sistem 10 dəqiqə vaxt sərf edir. Belə ki, sistem yaddaşa yazılmış videonu skan edir və bu halda əldə edilmiş nəticəni real zamanda təqdim etmir. Bu sistem vasitəsilə analizin aparılması üçün istənilən videokamera sayəsində yazılmış videonu əldə etmək olar. Çində isə videokameraların sayı 170 milyondan çoxdur. Watrix şirkəti artıq tədqiqatlar üçün 14.5 milyon dollar investisiya əldə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh