Çində 3D printerlə körpü çap edilib

Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı olub. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.
Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.
Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib. Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və tir atılmaya vəsaitlərin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.
Hazırda müəlliflər əmin olmaq istəyir ki, layihə həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












