Çində ilk sürücüsüz taksinin sınaqları keçirilir

Çinin “WeRide” startapı ölkədə ilk robotlaşdırılmış sürücüsüz taksi servisini istifadəyə verəcək. Proqrama Quançjou şəhərində start verilib.
Testlər artıq bir həftədir davam edir və şirkət nümayəndələrinin sözlərinə görə, hər şey plan üzrə gedir. Sınaqların startap nümayəndələrini, hökumət, polis və sərnişinləri qane edəcəyi təqdirdə taksi növbəti aydan etibarən fəaliyyətə başlayacaq.
Məlumata görə, robotlaşdırılmış taksilər müvəqqəti olaraq bir ərazidə işləyəcək. Sürücüsüz avtomobilin hərəkəti operator tərəfindən izlənilərək idarə olunacaq.
Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda müxtəlif yol vəziyyətlərini öyrənmək, şəhərin bütün ərazilərini, eləcə də robot taksilərin davranış və reaksiyasını daha yaxşı başa düşmək tələb olunur. “Hər şey tam avtomatlaşdırıldıqdan sonra biz operatorlardan imtina edərək yol üzərində nəzarəti robota təqdim edəcəyik”, - deyə şirkətdən bildirilib. (Azərtac)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










