Çinin pilotsuz helikopterinin ilk uçuşu uğurlu alınıb – FOTO

Çinli mütəxəssislər yeni pilotsuz helikopter hazırlayıblar. Çin Aviasiya Sənayesi Korporasiyasının istehsalı olan AR500C-nin ilk uçuşu uğurlu olub. Əsasən anti-terror əməliyyatlarında, yanğınların söndürülməsində və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında istifadə üçün nəzərdə tutulan helikopter 5 min metrə qədər yüksəklikdə uçmaq qabiliyyətinə malikdir. Çin Aviasiya Sənayesi Korporasiyasının helikopter araşdırmaları institutunun baş mühəndisi Fan Yonhon bildirib ki, AR500C iri pilotsuz uçuş aparatları xüsusiyyətlərinə malik olsa da, onun havaya qalxması və enməsi zamanı uçuş zolağına ehtiyac yoxdur. Çinin pilotsuz uçuş aparatları üzrə ən son texnologiyaları əsasında hazırlanan helikopterin maksimum sürəti saatda 170 kilometrə çatır və 5 saat dayanmadan uça bilir. 500 kiloqram yükü 5 min metr hündürlüyə qaldıra bilməsi üçün təkmilləşdirilmiş rotor aerodinamika texnologiyasından istifadə olunub. Bundan başqa, küləyə və quma qarşı müqavimətli olması üçün helikopterin dizaynında əlavə texnologiyalar da tətbiq olunub. (AZƏRTAC)

"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










