COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək

Avstriyada koronavirus pandemiyasına qarşı uğurlu nəticələr əldə edildikdən və buna görə də məhdudiyyətlərin əksər qismi aradan qaldırıldıqdan sonra ölkədə yoluxma halları yenidən artmağa başlayıb. Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober əhalini yoluxma hallarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək. Qış idman növlərinin sevildiyi Alp ölkəsinin sakinləri belə bir sistemi dağlarda qar uçqunları təhlükəsi ilə əlaqədar yaxşı tanıyırlar. Nazir qeyd edib ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu“ həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər üzrə yoluxmanın vəziyyətini əks etdirəcək. Sentyabr ayınadək tam şəkildə tətbiqi başa çatmalı olan sistem əsasında əhali yoluxma təhlükəsinin harada daha yüksək olduğunu biləcək.
R.Anşober payız aylarının pandemiyanın yenidən vüsət götürməsi ilə bağlı həssas dövr olduğunu qeyd edərək, həm işıqfor sisteminin, həm də digər preventiv addımların həmin dövrədək işlək vəziyyətə gətirilməli olduğunu ifadə edib. Hazırda işıqfor sistemi elmi əsaslar və meyarlarla koronavirus infeksiyasının yayılması vəziyyətinə uyğunlaşdırılır. İşıqforun rəngləri, eyni zamanda, rəsmi qurumlara hansı regionda məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməli və ya yüngülləşdirilməli olduğunda da kömək edəcək. (Azərtac)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











