Daxili reyslərdə sifət tanınacaq

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və terminallarda sifətin tanınması texnologiyasını tətbiq edəcək. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, hazırda ölkənin şəhərlərinə uçan sərnişinlər beynəlxalq reyslərin sərnişinləri ilə müqayisədə sadələşdirilmiş yoxlanışdan keçirlər. Məsələn, yoxlanış pasportun skan edilməsi ilə bitir, barmaq izi və digər biometrik məlumatlar isə skan edilmir. Administrasiya nümayəndələrinin fikrincə, daxili reyslər üzrə uçan sərnişinlər üzərində nəzarətin gücləndirilməsi aeroportların təhlükəsizlik səviyyəsini artırmağa və terror aktlarının qarşısını almağa imkan verəcək. Bu məqsədlə sahə üzrə tənzimləyici orqan ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətləri tərəfindən toplanan ölkə vətəndaşlarının və əcnəbilərin fotoşəkilləri əsasında neyroşəbəkə hazırlamağı planlaşdırır. Sistemin sınaqlarına ilin sonunadək Atlanta şəhərində yerləşən "Hartsfield-Jackson" beynəlxalq aeroportunda başlamaq planlaşdırılır. Sifətin tanınması sərnişinlərin qeydiyyatdan keçməsi və baqajın təhvil verilməsi zamanı həyata keçiriləcək.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










