«Dəmir yolunun Nəqliyyat Nazirliyindən alınması müsbət haldır»

Prezident İlham Əliyevin fərmanına əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Ölkə Prezidentinin bu fərmanı ekspertlər tərəfindən müsbət qiymətləndirilir. "Dəmir yolunun Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması dəmir yolunun artıq sərbəst şəkildə inkşaf etməsinə müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu dəyişiklik dəmir yolu nəqliyyatında irəlləyişlərlə müşayiət olunacaq. Dəmir yolu infrastukturu inkşaf edəcək. Bu inkişaf tək Azərbaycanın hüdudlarını əhatə etməyəcək. Beynəlxalq sərnişin və yük daşımalarında Azərbaycan dəmir yolunun payı artacaq",- deyə nəqliyyat eksperti Azər Allahverənov anspress-ə bildirib.
Azərbaycanda ilk dəmir yolunun çəkilişinə 1878-ci ildə başlanılıb. Hazırda Azərbaycanda dəmir yolu xətlərinin toplam uzunluğu 2 918 km-dir.
Azər Allahverənov onu da bildirib ki, Çinlə Avropanı əlaqələndirən ərazidə yüklərin daşınmasının həcminin artırılması məsələsi də gündəmdədir. Yəni Azərbaycan Dəmir Yolları kifayət qədər böyük hədəflərə doğru start götürüb: "
Bakı - Sumqayıt elektrik qatarlarından sonra gözlənilir ki, gələcəkdə bölgələrə də elektik qatarları açılsın. Gəncə, Şəki, Lənkəran, Astara, Fizuli istiqamətlərində də sürət qatarlarının xəttə buraxılcağı gözlənilir. Bununla yanaşı, yolların da buna uyğunlaşdırılması məsələsi gündəmdədir. Bütün bunlar dövlət planın əsas tərkib hissəsidir".
Beləliklə, yaxın bir neçə il ərzində sadalan istiqamətlərə sürətli elektrik qatarları ilə getmək mümkün olacaq. Elektrik qatarları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir, buna görə inkişaf etmiş xarici ölkələrdə geniş yayılıb. Ölkəmizdə də bu nəqliyyat növünün inkşafı gələcəkdə ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin inkşafına təkan verəcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











