Dərmanlar dronların köməyilə çatdırılacaq

ABŞ-ın Bentonvill şəhəri sürücüsüz uçuş vasitələrinin köməyi ilə sağlamlıq üçün dərman və malların çatdırılmasına görə pilot meydançasına çevriləcək. Bu, “Walmart” və “Zipline” şirkətlərinin birgə layihəsidir. Bu haqda şirkətlərin bəyanatına istinadən “The Verge” nəşri məlumat verib.
Bentonvill şəhəri layihə üçün təsadüfi seçim deyil. “Walmart” ticarət şəbəkəsinin qərargahı orada yerləşir. ABŞ-ın “Zipline” şirkətinin dronları Afrikada xəstəxanalara dondurulmuş plazma çatdırır. Ancaq sözügedən şirkətin fəaliyyəti ABŞ ərazisində qanunlarla məhdudlaşdırılıb. 2020-ci ildə Federal Mülki Aviasiya İdarəsi koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri bir qədər yumşaldıb.
Xüsusi dronlar sifariş verildikdən sonra 1 saatdan az müddətə dərman vasitəsini çatdıracaqlar.
“Zipline” şirkətinin nümayəndələri bu layihənin ABŞ-da sürücüsüz idarə olunan təyyarələrin kommersiyalaşdırılması istiqamətində vacib bir addım olacağını hesab edirlər. (AZƏRTAC)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












