Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

Aprel ayının sonunda Keyptaunda keçirilmiş “Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirib. O, bunu pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə edib.
Bu təcrübənin məqsədi - əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. “Kaspersky Lab”, istifadəçiləri ağıllı cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür. “Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib: "Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına yönəldir. Yalnız mənfəəti güdərək şirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğulara böyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər".
Ruben Pol bildirib: "Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunu asanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərli hücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar”.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











