Dünyada ilk dəfə 6 tonluq konvertoplanla uçuş həyata keçirilib

Çinin 6 ton ağırlığında olan "Lanying R6000" konvertoplanı Sıçuan vilayətində ilk uçuşunu həyata keçirib.
Avtosfer.az "Xinhua"ya istinadən xəbər verir ki, konvertoplan "China's United Aircraft" şirkəti tərəfindən hazırlanıb.
"Lanying R6000" konvertoplanının faydalı yükü 2 tondur. Bu isə oxşar çəkili helikopterlərin göstəricilərindən əhəmiyyətli dərəcədə çoxdur. Onun kreyser sürəti saatda 550 km, maksimum uçuş məsafəsi isə 7 620 m yüksəklikdə 4 000 km-ə qədərdir (helikopterlərdən iki dəfə çox).
"Global Times"da isə bildirilib ki, konvertoplan çətin əlçatan ərazilərdə hərəkət və yük daşınması üçün istifadə oluna bilər. "Lanying R6000"ün təcili tibbi yardım göstərilməsi, xilasetmə əməliyyatları, yanğınsöndürmə, patrul və s. üçün istifadəsi gözlənilir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










