Dünyada ilk dəfə robotlar arasında yürüş keçirilib

"Roborace" elektromobillərinin avtonom yürüş seriyasının təşkilatçıları iddia edirlər ki, dünyada ilk dəfə olaraq avtomatik avtomobillər arasında uğurlu yürüşü keçirə bilərlər. Sınaq məqsədilə İspaniyada Monteblanko trasında bu həftə keçirilən yürüşdə 3 robomobil iştirak edib.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, elektromobil üçün bünövrə qismində sürücü üçün oturacaqlı "LMP1" kateqoriyalı "Ginetta" şassisi istifadə edilib. Lakin avtomobilin idarə olunma prosesinə tamamilə "DevBot 2.0" proqramı vasitəsilə nəzarət edilib. Təşkilatçılar baş tutan yürüşün nümayişini gələn həftəyə planlaşdırırlar. Lakin yürüşlərin keçirilməsi faktını "Roborace" seriyasının rəhbəri Lukas di Qrassi təsdiqləyib.
"Roborace" ideyası yeni deyil. Məhz bu yürüşlərin Formula E seriyasını dəstəkləyəcəyi barədə hələ 2015-ci ildə elan edilmişdi. Həm də seriyanın yaradıcısı Rusiya mənşəli "Kinetik" vençur fondudur. Fonda "Yota Group"un sabiq baş direktoru və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin keçmiş müavini Denis Sverdlov rəhbərlik edir.
Lakin əvvəlki planlar həddindən artıq optimist olub. "Roborace" yarışlarını Formula E-nin məhz birinci mövsümündə keçirmək alınmadı, avtomatik maşınların son hazırlıq işləri bir neçə il çəkdi. 2017-ci ildə Argentinada Formula E uik-endi çərçivəsində yürüşlərin nümayişi avtomobillərdən birinin divara çırpılması ilə başa çatdı.
Bununla yanaşı, son vaxtlar bu mənada xeyli irəliləyiş əldə edilib. Avtomatik yürüş maşınları hətta Qudvudda ötənilki festivalda da iştirak edib. İndi bu sahədə yeni addım atılıb və artıq bu il İtaliyada, Böyük Britaniyada, Macarıstanda və ABŞ-da sınaq yürüşləri planlaşdırılıb. Buna baxmayaraq, cari plana uyğun olaraq, 2021-ci ildə "Roborace" Formula E-yə dəstək yarışları qismində keçiriləcək.
Avtomatik maşınların yürüşünün keçirilməsi avtomobil idmanının gələcəyi ilə bağlı çoxlu suallar ortaya qoyur. Çünki nəticədə robot insandan sürətli ola bilər. Lakin Lukas di Qrassi bu yarışların insanların iştirakı ilə keçirilən yarışlara ümumiyyətlə hər hansı təsiri olacağı qənaətində deyil. "İnsanlar arasında yürüşlər heç vaxt sona yetə bilməz. "Deep Blue" Harri Kasparova qalib gəldikdən sonra insanlar şahmat oynamağı dayandırmadılar. İnsanlar daim bir-biriləri ilə yarışacaqlar. Biz isə yalnız texnologiyanı inkişaf etdiririk", - deyə o bildirib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











