Dünyada robotlaşdırılmış sistem və dronların alışına 115,7 milyard dollar xərclənəcək

“IDC” analitik şirkəti 2019-cu ildə dünyada robotlaşdırılmış sistem və dronların alış həcminin 17,6 faiz artaraq 115,7 milyard dollara çatacağını proqnozlaşdırır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, 2022-ci ilədək alış həcminin 210,3 milyard dollar təşkil edərək ildə orta hesabla 20,2 faiz artacağı gözlənilir. 2019-cu ildə robotlaşdırılmış sistemlərin payı 103,4 milyard dollara, dronların isə 12,3 milyard dollara bərabər olacağı ehtimal edilir, lakin dronların alışı daha sürətlə – ildə 30,4 faiz artacaq. Məlumata görə, sistemlər seqmentində vəsaitlərin təxminən üçdə iki hissəsi avadanlıqların (robotlar, ehtiyat hissələri və sistem avadanlığı) alışına sərf olunacaq. Proqram təminatı seqmentində əsas pay robotların idarə edilməsi üçün əlavələrin və xüsusiləşmiş robot texnikası əlavələrinin payına düşür. Alış həcminin təqribən yarısına diskret istehsal sahəsi sahib çıxır. Sonrakı yerlərdə isə fasiləsiz istehsal, resurs hasilatı, səhiyyə sahələri və 2022-ci ilədək öz yerini pərakəndə satış seqmentinə verəcək istehlak seqmenti qərarlaşıb.
Növbəti ildə istehlak sinfinə aid dronların satışı 5,1 milyard dollar (ümumi həcmin 40 faizi) təşkil edəcək. Kommunal sahəsi 1,4 milyard dollar, tikinti 1,05 milyard dollar, diskret istehsal isə 913 milyon dollar dəyərində dron alacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











