Dünyanın ən bahalı yaxtası hərraca çıxarıldı - FOTO

ABŞ hökuməti rusiyalı oliqarx Süleyman Kərimova aid olduğu iddia edilən "Amadea" adlı super yaxtanı açıq hərraca çıxarıb. Avtosfer.az “Baku.ws “a istinadən xəbər verir ki, 106 metr uzunluğunda olan yaxta hovuz, helikopter meydançası, səkkiz lüks yataq otağı, sauna, kinozal və şərab zirzəmisi ilə diqqət çəkir. 2017-ci ildə inşa edilən və o vaxt 325 milyon dollar dəyərində qiymətləndirilən "Amadea"ya ABŞ 2022-ci ildə 230 milyon dollar dəyər biçmişdi.
![]()
Yaxta həmin il Fiji yaxınlığında ABŞ Ədliyyə Nazirliyinin "KleptoCapture" qrupu tərəfindən müsadirə olunmuşdu. Bu qrup Rusiya-Ukrayna müharibəsindən sonra rus oliqarxlarının əmlaklarını izləmək və müsadirə etmək üçün yaradılmışdı.
Sahibliklə bağlı məhkəmə davam etsə də, ABŞ məhkəməsi yaxtanın hökumətə məxsus olduğuna dair qərar verib. Hazırda "Amadea" San Dieqoda saxlanılır və Fraser Yacht şirkətinin vasitəçiliyi ilə satışa çıxarılıb.
Ekspertlər bildirirlər ki, hüquqi prosedurlar səbəbindən yaxtanın real satış qiyməti əvvəlki dəyərindən xeyli aşağı ola bilər və satış illərlə uzana bilər.
![]()
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











