Dünyanın ən böyük amfibiya təyyarəsinin ilk uçuşu – VİDEO

Çin dünyanın ən böyük amfibiya təyyarəsini istehsal edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki,”Tszilun AG 600” təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib. Təyyarə suyun üzərindən havaya qalxıb və suya eniş edib. Amfibiya-təyyarə 27 avqust tarixindən Xubey vilayətindəki “Çjanxe” hidro aerodromundadır. Burada bir sıra sınaqlar keçirilib. Mütəxəssislər iki ay təyyarənin bütün texniki bacarıqlarını yoxlayıblar. Təyyarə yanğınları söndürmək üçün və suda xilasetmə işləri üçün nəzərdə tutulub. Bundan başqa “AG600” əlavə qurğularla təchiz edilə bilər və dəniz mühitinin monitorinqi, sərnişin və yük daşıma, faydalı qazıntıların kəşfiyyat işləri üçün də havaya qalxa bilər. Amfibiya-təyyarə dörd turbinli mühərriklə təchiz edilib. 12 ton suyu 20 saniyəyə yığır. Korpusun uzunluğu 39.3 metr, maksimal uçuş isə 4.5 min km-dir. Bir dəfəyə 50 nəfəri apara bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











