Dünyanın ən böyük asma körpüsünün layihəsi təsdiqlənib

İtaliya hökuməti Apennin yarımadasını Siciliya adası ilə birləşdirəcək dünyanın ən böyük asma körpüsünün layihəsini təsdiqləyib. Avtosfer.az xəbər verir ki, 399 metr hündürlüyündə iki qülləsi və təxminən 3,3 kilometr uzunluğunda olacaq körpünün smeta dəyəri 13,5 milyard avrodur. Körpünü 6 il ərzində inşa olunması nəzərdə tutulur. İtaliyanın Baş naziri Ciorcia Meloni bunu bütün ölkə üçün strateji layihə adlandırıb. Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini isə bildirib ki, körpü keçdiyi regionların və bütövlükdə ölkənin inkişafını sürətləndirəcək. Bu, dünyada ən uzun biraşırımlı asma körpüdür və bir çox yeniliyi olan infrastruktur layihəsidir. İnfrastrukturun birləşdirilməsi üçün 40 kilometrdən çox avtomobil və dəmir yolu xəttinin tikintisi planlaşdırılır. Körpü Cənubi İtaliyanın və bütün ölkənin inkişafı üçün strateji infrastrukturdur və Trans-Avropa Nəqliyyat Şəbəkələrinin tamamlanması üçün milli maraq kəsb edir.
Qeyd edək ki, layihə ilk dəfə 1960-cı ildə gündəmə gəlib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











