Dünyanın ən böyük kibergücü bəlli oldu

Hazırda Çin dünyanın öncül kibergücünə çevrilib. Beynəlxalq kibertəhlükələri tədqiq edən “İntSights” şirkətinin saytında yerləşdirilən “Çinin qaranlıq tərəfi: Qlobal kibergücün təkamülü” adlı tədqiqat hesabatına görə, iqtisadi və hərbi rəqiblərini hücum edərək sıradan çıxarmaq üçün yetərli dinamik gücə yiyələnən Çin daha zəif ölkələr üzərində nəzarət qurmağa çalışır.
Tədqiqat müəlliflərinin gəldiyi qənaətə görə, Çin öz kiberhədəflərini, məqsəd və taktikalarını dəyişdirərək dünya rəqəmsal mənzərəsinə təsir göstərmək niyyətini büruzə verir.
Araşdırmada Çinin təcavüzkar xarakterli kibercasusluq kampaniyaları və mütərəqqi hərbi təmayüllü kiberhücumları həyata keçirdiyi, zərərli proqramları təkmilləşdirib tətbiq etdiyi, yerli və əcnəbi dissidentlərə qarşı rəqəmsəl təzyiq tədbirləri həyata keçirdiyi ortaya qoyulur.
Həmçinin ABŞ, Rusiya, İsrail, bir sıra Avropa ölkələrinə nisbətən daha ehtiyatlı, əsaslı olan Çinin maliyyələşdirdiyi ayrı-ayrı kiberqrupların istifadə etdikləri üsul və taktikalarında özünəməxsus fərqlərin gözə dəydiyi bildirilir. (“Report”)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











