Dünyanın ən iri teleskopu yadplanetlilərin axtarışına başladı

Tikilişi tamamlanmış "MeerKAT" radio rəsədxanası "Breakthrough Listen" layihəsinə qoşularaq yadplanetliləri müşahidə etməyə başlayıb. Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, "Breakthrough Listen"-in "MeerKAT"-la əməkdaşlıq etməsi, onun imkanlarını genişlləndirəcək. "İndi bizim layihəmiz həqiqətən qlobal səviyyəyə qalxıb",- deyə "Breakthrough Listen"-in əsas yaradıcılarından biri olan milyonçu Yuriy bildirmişdir. 2015-ci ildə milyonçu Yuriy və dünyasını dəyişmiş kosmoloq Stiven Xokinq "Breakthrough Listen"-nı işə salmışdırlar. Bu münasibətlə milyonçu layihəyə dəstək olaraq 100 milyon dollar pul ayırmışdır. Son üç il ərzində "Breakthrough Listen"-nin alim və mühəndisləri tərəfindən yad planetlərdə yaşayış əlamətlərini aşkar etmək üçün hazırlanmış cihazları Amerika "GBT" teleskopuna daxil edərək işə salıblar. Bir il əvvəl, layihə iştirakçıları bildirmişdir ki, yadplanetlilərin siqnallarının ilk axtarış cəhdləri nəticəsində 700 min ulduz nəzərdən keçirilib. Astronomlar müəyyən qədər şübhəli sayılan siqnallar əldə edə bilmişdirlər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










