Dünyanın ən lüks təyyarələri göstərildi - VİDEO
ABŞ-ın Boeing korporasiyası uzunmagistrallı, geniş fyuzelyajlı Boeing 777X təyyarəsinin iki yeni, biznes versiyalarını təqdim edib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bu versiyalardan biri yerə enmədən 21570 kilometr məsafəni qət edə bilir. Təyyarənin salonunun sahəsi isə 300 kvadrat metrdən artıqdır.
Boeing 777X təyyarəsi Airbus A330 təki ən populyar uzunmagistrallı avialaynerdir.
Ən böyük ikimühərrikli laynerin qatlana bilən, kompozit materiallardan hazırlanmış qanadları olduğundan o, standant aviasiya anqarlarına asanlıqla yerləşir.
Yaxın Şərqin İşgüzar Aviasiya Assosiasiyasının (MEBAA) aviaşousunda Boeing Business Jets-in rəhbəri Qreq Lakston Boeing 777X laynerinin biznes aviasiyada istifadə üçün nəzərdə tutulmuş iki versiyasını - BBJ 777-8 və BBJ 777-9-u təqdim edib.
Hər iki modelin adi mülki versiyalardan fərqi salonlardır.
Biznes versiyalarda salonlar daha genişdir və interyerdə bahalı materiallardan istifadə olunub.
Beşulduzlu otel interyerinə malik BBJ 777-8-in salonunun sahəsi 302,5 kvadrat metr, BBC 777-9-də isə 342,7 kvadrat metrdir.
Korporasiyanın verdiyi məlumata görə, yeni avialaynerlər dünyanın istənilən iki şəhəri arasında uçuş edə bilərlər.
BBJ 777-80-in qiyməti 442,8 milyon dollar, BBJ 777-9-in satış qiyməti isə 453,6 milyon dollardır.
Təyyarələr General Electric-in istehsal etdiyi, dünyada ən böyük olan GE9X mühərriklərit ilə təchiz olunublar.