Dünyanın ən nəhəng təyyarəsi ilk uçuşa hazırlanır - FOTO
Texnologiya
4 Fevral 2019 22:55
Oxunub 1479
Eyni vaxtda 3 raketi daşımaq gücündədir
Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu fevralda reallaşdıracaq. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, təyyarə ilk dəfə anqarı 2017-ci ildə tərk etmiş və görüntülənmişdi, uçuş zolağında ilk sınağı keçirilmişdi. Dünyanın ən böyük yük təyyarəsi sayılan “Stratolaunç” adlı bu təyyarənin çəkisinin 226 ton, yük qabiliyyətinin isə 650 ton olduğu bildirilir. Qanadları arasındakı məsafə 117 metrdir, 15 metr hündürlüyə sahibdir. Eyni vaxtda 3 raketi daşımaq gücündədir. Onun təyinatı yerətrafı orbitə buraxılacaq daşıyıcı-raketləri yüksək hündürlüyə qaldırmaqdır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR