Dünyanın ən sürətli qatarının sınaq yürüşləri keçiriləcək

Yaponiyada dünyanın ən sürətli sərnişin ekspress qatarının sınağı baş tutacaq. Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, yeni dizayn olunmuş qatar 10 maşın uzunluğunda və burun formasındadır.
"Shinkansen" super ekspressinin ALFA-X versiyasının test hazırlıqlarına 3 il əvvəl başlanıb. Yeni qatarın saatda 400 kilometr sürətlə hərəkət edəcəyi deyilir. Qatar 2030-cu ildə təhvil veriləcək. Bundan əvvəl baş tutmuş qatar sınaqlarında isə “Shinkansen” super ekspressinin "N700" versiyası 300 km sürətlə hərəkət edib.
Amma maraqlıdır ki, bu qatarların hərəkətində qeydə alınan ən yüksək nəticə deyil. Ən yüksək sürət 2015-ci il aprelin 21-də elə “Shinkansen” qatarında qeydə alınıb. Yaponiyada göstərilən bu sürət saatda 603 (!) kilometrə çatıb. Düzdür, həmin vaxt qatarda ancaq maşinist olub.
İkinci yerdə Fransanın TGV POS qatarı gəlir. Onun maksimal sürəti 574 kilometrə çatıb, bu zaman qatarda bələdçilər və jurnalistlər də olub. Kommersiya marşrutlarında isə sürət 320 kilometr olur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











