Dünyanın uçan, gəzən və maneənin üstündən uçan - İLK ROBOTUNUN FOTOLARI

ABŞ-dakı “Şimali-Şərq” universitetinin mühəndisləri yeni robot icad ediblər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, yeni robot həm havada, həm də quruda əla hərəkət edir. “Leonardo” adlandırılan robot maneəni dəf edir, tarzlığını qoruyur və havaya uça bilir.
Günümüzdə ikiayaqlı robotlar üçün hərəkət zamanı maneə ciddi problemə çevrilir. Bundan başqa robotlar nəyəsə ilişib yıxıla bilər və külək də onu aşıra bilər. Amma “Leonardo” bu problemləri yerə yıxılmaq əvəzinə uçuşla əvəz edir. Robotun hər iki tərəfinə yerləşdirilmiş vint bu işdə ona kömək edir.
80 sm boyu olan robot iki ayağı ilə hərəkət edir. Çəkisi isə cəmi 2.7 kq-dır. Çəkisinin az olması tamamilə karbondan hazırlanması ilə izah edilir.
Mühərrikləri sayəsində “Leonardo” havaya qalxır, maneənin üstündən uçub keçir və digər tərəfdə asanlıqla yerə enir. Bundan başqa robot yıxılma anında da tarazlığını qoruyur.




İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











