E-avtomobillərlə bağlı yeni qaydalar tətbiq edilə bilər

Avstriya hökuməti yaxın gələcəkdə elektrik mühərriki ilə işləyən avtomobillərlə bağlı bir sıra yeniliklər etmək niyyətindədir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, elektrik avtomobillərinin cəlbediciliyini artırmaq istəyən koalisiyalı hökumət yeni nəqliyyat planını təqdim edib. Plana görə, gələcəkdə e-avtomobillərin nəqliyyat sistemində imtiyazlı hərəkəti üçün imkanlar yaradılmalıdır. Belə ki, şəhərdaxili nəqliyyatda yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş avtobus zolaqlarında bu avtomobillərin də hərəkətinə icazə verilməlidir. Eyni zamanda, e-avtomobil istifadəçiləri magistral yollarda ətraf mühitin qorunması üçün bir sıra ərazilərdə tətbiq olunan maksimal 100 km/s sürət həddinə də tabe olmaq məcburiyyətində qalmayacaqlar. Nazirlər Kabinetinin təqdim etdiyi planda, həmçinin şəhər və bələdiyyələr ərazisində e-avtomobillərin parkometr öhdəliyindən azad edilməsi və onların pulsuz parketmə hüququ əldə etməsi də təklif olunub. 2019-cu ildə qüvvəyə minməli olan qaydalar avtomobil bazarında elektrik avtomobillərinin cəlbediciliyini artırmağa xidmət edir. Lakin şəhər və bələdiyyələr yeni qaydaların mühüm bir hissəsini etirazla qarşılayıblar. Vyana Şəhər Bələdiyyəsindən verilən ilkin açıqlamada avtobus zolaqlarının e-avtomobillər üçün açılmasının gələcəkdə ictimai nəqliyyatda tıxac və xaosa gətirib çıxaracağı, eyni zamanda, sui-istifadə hallarına yol açacağı bildirilib. Vyanada ictimai nəqliyyat xidmətlərini həyata keçirən "Vyana Xətləri” şirkəti isə hökumətin yeni planını tənqid edib və bu planın ictimai nəqliyyat üçün böyük münaqişə potensialı daşıdığını bildirib. Qeyd edək ki, Avstriya hökumətinin "#mission2030" adlı iqlim və enerji strategiyasında nəqliyyat sektorunda havaya buraxılan zəhərli qazların miqdarının 7,2 milyon ton azaldılması və elektromobilliyin təşviqi nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











