Efiopiyada ilk yaşıl nəqliyyat sərgisi başladı - “Ethio-Green Mobility 2024”

Efiopiyanın paytaxtı Əddis-Əbəbə ilk beynəlxalq yaşıl nəqliyyat sərgisi olan “Ethio-Green Mobility 2024” ev sahibliyi edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sərgidə ən son elektrik avtomobilləri (EV), bərpa olunan enerji texnologiyaları və yüngül elektriklə işləyən avtomobillər, o cümlədən velosipedlər və üç təkərlər nümayiş etdiriləcək.
Nəqliyyat və Logistika Naziri Alemu Sime bildirib ki, hökumət bərpa olunan enerji resurslarından istifadə etməklə nəqliyyat sektorunun ənənəvi yanacaqlardan asılılığını azaltmağa sadiqdir. O, həmçinin bu tədbirin yaşıl və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Çinin elektrikli avtomobil markası “Neta Auto”nun Efiopiyadakı nümayəndəsi Li Xuan hökumətin benzinlə işləyən avtomobillərin idxalını azaltmaq planından sonra Efiopiyada elektrik avtomobillərinə tələbatın artdığını qeyd edib.
Çinin “Golden Dragon” şirkətinin komponentlərindən istifadə etməklə yığılan yerli “Belayneh Kindie Metal Engineering Complex” şirkətinin meneceri Ermiyas Dersu qeyd edib ki, bir ildən az müddətdə Efiopiyada 216 elektrik avtomobili satıblar və artım perspektivləri var.
Bundan əlavə, “Woda Vehicle Manufacturing PLC” şirkəti aşağı istismar xərclərinə görə ölkənin kənd yerlərində xüsusilə tələbat olan məşhur elektrik üçtəkərli avtomobillərini nümayiş etdirib.
Nəqliyyat və Logistika Nazirliyinin məlumatına görə, Efiopiyada 100 mindən çox elektrik avtomobili artıq istifadə olunur. Yaxın 10 ildə hakimiyyət ənənəvi avtomobillərin 95%-ni əvəz edərək bu rəqəmi 500 minə çatdırmağı planlaşdırır.
Namiq Musayev
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











