Ekoloji nəqliyyat vasitələrindən istifadə genişlənəcək - İstehsal da olacaq

Azərbaycanda 2019-2023-cü illərdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək. Avtosfer.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. Proqramda qeyd edilib ki, nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin “Euro-4”, habelə daha yüksək olan “Euro-5”, “Euro-6” və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməlidir.
Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işin əsas icraçısı Energetika Nazirliyi, digər icraçı qurumlar isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkətidir.
Bundan başqa, proqramda ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması da nəzərdə tutulub. İcra müddəti 2019-2021-ci illəri əhatə edəcək məsələ ilə bağlı icraçı qurumlar Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyidir.
Proqramda 2019-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla, İqtisadiyyat və Daxili İşlər Nazirliklərinə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlər görülməsi də tapşırılıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











