Elektrik batareyaları ilə işləyən lokomotivlər istifadəyə veriləcək

Avstriyanın Aşağı Avstriya federal əyalətində gələn aydan etibarən elektrik batareyaları ilə işləyən hibrid mühərrikli lokomotivlər istifadəyə veriləcək.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Avstriya Dəmir Yolları “Cityjet eco” adını daşıyacaq bu qatarlar üçün müvafiq lisenziyanı əldə edib və sərnişin daşımalarında ekoloji təmiz yeni nəqliyyat vasitəsinin istismarına başlayacaq. Konsernin hədəfi elektrikləşməmiş ərazilərdə dizellə çalışan lokomotivlərin əvəzinə, geniş şəkildə emissiyasız elektrik batareyaları ilə çalışan lokomotivlərə keçməkdir. “Siemens Mobility” şirkəti tərəfindən təqdim edilən elektrohibrid batareya ilə çalışan lokomotivlər ilkin mərhələdə elektrikləşməmiş Kamptal regionunda sınaqdan keçiriləcək. Bu mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, qatar elektrik xətləri olan ərazidə hərəkət edərkən, lokomotivin damında yerləşdirilmiş batareyalar enerji yığır və elektrik xətti olmayan ərazilərdə qatarın hərəkəti batareyaların köməyi ilə təmin olunur.
Avstriya Dəmir Yollarından verilən məlumata görə, ölkə ərazisində dəmir yollarının dörddəbiri hələ də elektrikləşməyib və yeni hibrid mühərrikli lokomotivlər regional sərnişin nəqliyyatında yeni mərhələnin başlanğıcı olacaq, ekologiyanın təmizliyinə töhfə verəcək. Payızda sınaq müddəti başa çatdıqdan sonra yeni lokomotivlərin Aşağı Avstriya, Yuxarı Avstriya və Ştiriya federal əyalətlərində regional sərnişin nəqliyyatında istifadəsi nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











