Elektromobillərin satışı kəskin artıb

2019-cu ilin birinci yarısında Norveçdə satılan yeni avtomobillərin təqribən yarısı tam olaraq elektrik mühərrikləri ilə təmin olunub. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə elektromobillərin satışında kəskin artım müşahidə olunub. Norveç Yol Federasiyasının statistik məlumatına görə, indiyədək bütün yeni avtomobillərin 48,4 faizi elektromobillər olub ki, bu da 2018-ci ilin bütün ayları ilə müqayisədə çoxdur. Bu, neft ölkəsi olan Norveçi əhalinin hər nəfərinə görə satılan elektrik avtomobilləri üzrə dünya liderinə çevirib.
Norveç Krallığının iri neft-qaz istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, bu ölkə növbəti onilliyin ortalarında öz daxili bazarında dizel və benzin motorlarının satışını dayandırmaq istəyir. Bunun əvəzinə əhaliyə alternativlər, ilk növbədə elektromobillər təklif olunacaq. Bu məqsədlə elektrik avtomobilləri alacaq şəxslərə vergi güzəştləri, pulsuz parkinq də nəzərdə tutulub. Bundan başqa, həmin avtomobillərin sahibləri ekologiya vergisindən də azad ediləcək. Bütün bu tədbirlər bazarda elektrik avtomobilləri təklif edən Tesla, Nissan, Hyundai kimi şirkətlərin satışlarını artırıb. Bunun əksinə olaraq, Ford və Mercedes-Benz Daimler şirkətlərinin satışları düşüb. Lakin onlar da yaxın vaxtlarda Norveç bazarında elektromobillər təklif edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Norveç Yol Federasiyasının məlumatına görə, Tesla şirkətinin 3-cü modeli bu ölkədə ən çox satılan avtomobil olub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











