"Facebook"da Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub

"Facebook" səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub.
"Report" xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas öz "facebook" hesabında yazıb.
"Məsələ ilə bağlı dərhal Facebook-a yenidən müraciət etdim. Facebook mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunu münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. Google, Yandex və Bing kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması "facebook"un Azərbaycanın ərazi bütövlüyü şüphə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. Facebook birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu. Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq", - texnobloger qeyd edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











