Finlandiyada elektrik təyyarələrinin yeni nəsli istifadəyə buraxılacaq

Finlandiya aeroportlarını idarə edən “Finavia” şirkəti və “Helsinki elektrik təyyarələri assosiasiyası” elektrik təyyarələrinin yeni nəslinin istifadəyə buraxılması məqsədilə əməkdaşlıq sazişi imzalayıblar. Ölkədə elektrik aviasiyasının mülki məqsədlər üçün istifadəsinə dair bu yaxınlarda strategiya yaradılacaq.
Mövcud elektrik sərnişin təyyarələri qısa uçuşlar üçün daha səmərəlidir. Bununla belə, məlumatda bildirilir ki, xüsusən kommersiya aviaşirkətlərinin xidmətləri baxımından onların istifadə dairəsini inkişaf etdirmək çox vacibdir.
“Finavia”nın vitse-prezidenti Anri Hanssonun sözlərinə görə, şirkətin məqsədi hava limanlarının istismarı zamanı gələcəkdə tullantıların həcmini azaltmaqdır. “Elektrik aviasiyası bizə bu ideyanı həyata keçirməyə imkan verir. Biz yeni aviasiya texnologiyalarına sərmayə qoymaq və daxili uçuşların elektrikləşdirilməsini sürətləndirmək istəyirik”, - deyə Hansson bildirib.
Finlandiyada artıq elektrik təyyarələrinin mülki məqsədlər üçün istifadə edilməsi ilə bağlı müəyyən elmi tədqiqatlar və hesablamalar aparılıb. Belə ki, Yuvyaskulya Universiteti (Finlandiya) və Avstraliyanın Brisben şəhərindəki Qriffit Universiteti tərəfindən aparılmış birgə tədqiqatların nəticələrinə görə, elektrik təyyarəsi Finlandiyada 400 kilometrdən çox məsafəyə səyahət etmək üçün sürət baxımından daha əlverişli ola bilər.
Qeyd edək ki, Finlandiyada iki nəfərlik ilk “Pipistrel Alpha Electro” elektrik təyyarəsindən ilk dəfə 2018-ci il iyulun 31-də istifadə olunub. (Azərtac)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










