Gələcəkdə həkimləri robotlar əvəzləyəcək

İngiltərə Milli Səhiyyə Xidməti robot texnikasının tibb sahəsinə tətbiqi üzrə miqyaslı layihənin icrasına başlayıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Britaniya Səhiyyə Nazirliyi Oksford Universitetinin alimləri ilə birgə həkimlərin əksər hissəsini robotlarla əvəzləməyi planlaşdırır. İlk robotlar xəstəxanalarda pasiyentlərin qeydiyyatını aparacaq və müalicə üçün tövsiyələr verəcək. İkinci mərhələdə tətbiq ediləcək robotlar isə sadə əməliyyatlar, o cümlədən dişlərin müalicəsini aparacaqlar. Alimlərin sözlərinə görə, gələcəkdə belə robotlar avtomatik rejimdə doğuşda iştirak edəcək və ürək və beyin əməliyyatları edəcəklər. Bildirilir ki, ilkin mərhələdə robotların işinə insanlar nəzarət edəcəklər, daha müasir əməliyyatsız müalicə üsullarından istifadə isə daha çox xəstəni əməliyyat etməyə və xəstəliklərin qarşısını erkən mərhələdə almağa imkan verəcək.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










