Gələcəyin “gitara-təyyarə”si: ekoloji təmiz, qənaətcil – VİDEO

Niderlandın Delft Texniki Universitetinin mühəndisləri “Flying-V” laynerinin modelini hazırlayıblar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, qeyri-adi konstruksiyaya malik, ekoloji təmiz və qənaətcil laynerə “Airbus A350” təyyarəsindən 20 faiz az yanacaq lazımdır. Sərnişin tutumu 314 nəfər, qanadlarının genişliyi isə 65 metr təşkil edir. Bu hava gəmiləri üçün ayrıca uçuş-eniş zolağı, traplar, anqarlar inşa etməyə ehtiyac yoxdur: “Airbus” və “Boeing” laynerlərinin istifadə etdikləri onları qane edir.
“İnqilabi” təyyarələr rok musiqisinin Cimi Hendriks, Kit Riçards kimi bir çox ulduzlarının ifa etdiyi “Gibson Flying-V” əfsanəvi elektrik gitaralarının şərəfinə belə adlandırılıb. Laynerin “V” formalı xarici görünüşü məhz bu musiqi alətini xatırladır. Digər təfərrüatlar isə hələlik sirr saxlanılır. Təqdimatın oktyabrda, Amsterdam aeroportunun 100 illik yubileyində keçiriləcəyi gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











