Gəmilər bioyanacaqla işləyəcək

Norveç gəmiləri ağac və balıq tullantılarından hazırlanmış bioyanacaqla işləyəcəklər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ölkənin kruiz, bərə və yükdaşımalarının operatoru olan “Hurtigruten” şirkəti öz teploxodlarının bir hissəsində bioloji qazla işləyən mühərriklər tətbiq etmək niyyətindədir.
Norveç şirkəti bu dəyişikliyi cəmi 6 gəmisində həyata keçirəcək. Beləliklə, 2021-ci ildən sonra gəmilər meşə və balıq sənayesinin tullantılarından alınmış bioyanacaqdan istifadə edə biləcəklər.
Bundan ötrü “Hurtigruten” artıq “Biokraft” bioyanacağı məsələsində texnoloji həllərin təqdim edilməsi üzrə yerli şirkətlə müqavilə bağlayıb. Gəmiçilik şirkəti, həmçinin ekoloji təmiz yanacağın tədarükünə dair müqavilə də imzalayıb.
Şirkətdən bildiriblər ki, bu, dünyada ən iri müqavilələrdən biridir. Söhbət on milyonlarca dollardan gedir, lakin dəqiq rəqəm göstərilmir.
Xatırladaq ki, iqlim dəyişikləri ilə bağlı artan problemlər fonunda Skandinaviya ölkələri atmosferə atılan zərərli tullantılar məsələsinə getdikcə daha çox diqqət yetirirlər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












