Gəncə avtomobil zavodunda elektrobuslar istehsal olunacaq

Gələn ildən Gəncə avtomobil zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə elektrobusların istehsalı planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəssislərin iştirakı ilə monitorinqlər keçiriləcək və şəhərdə hansı tutumlu elektrobuslara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli elektrobuslar istehsal olunacaq. Elektrobuslar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerji doldurma stansiyaları quraşdırılacaq.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə məlumat verilib. Şəhər icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən söz açılıb və müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Gəncə avtomobil zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. On ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə avtomobil zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.
Söhbət zamanı birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov da iştirak edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











