“Gmail”in 183 milyon istifadəçisinin parolu ələ keçirildi

“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib. Avtosfer.az “The Independent”ə istinadla xəbər verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.
Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb. Saytın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq daha geniş bir haker hücumunun tərkib hissəsini təşkil edib. Mütəxəssislər istifadəçilərə dərhal “Gmail” parollarını dəyişməyi və iki mərhələli identifikasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












